15 oktyabr İmam Həsən Əskərinin (ə) şəhadət günüdür

On birinci İmamı Həzrət Həsən Əsgəri (ə) hicrətin 212-ci ilində anadan olmuşdur.(Üsuli-kafi, c.1, səh.503.) Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (ə), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur.  Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra  böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.

İmam Həsən Əsgəri (ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı.O Həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki,künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. İmamlıq dövrü altı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur.