40-dan çox fələstinli saxlanıldı

İşğalçı İsrail rejimi əsgərləri İordan çayının qərb sahillərində fələstinlilərə hücum edib.

 

Bu barədə Fələstin Əsirlər Cəmiyyəti məlumat yayıb.

 

Məlumatda vurğulanır ki, dünən gecə saatlarında başda Ramallah şəhəri olmaqla digər bölgələr də daxil olmaqla 41 nəfər saxlanılıb.

 

Qeyd olunub ki, saxlanılma hadisələri koronavirus pandemiyası dövründə atılıb və qeyri-insani davranışdır.