ABŞ-da müsəlman qətllərində şübhəli bilinən şəxs tutuldu

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Meksiko ştatının Albuqerka şəhərində son 9 ayda 4 müsəlmanın qətlində əsas şübhəlinin tutulduğu bildirilib. Albuquerqua Polis Departamentinin rəisi Harold Medina Twitter hesabından verdiyi açıqlamada Albuquerquada polis müsəlman bir kişinin  qətlində iştirak etdiyi güman edilən avtomobilin izinə düşüb. Sürücü saxlanılıb və o, qətllərin əsas şübhəlisi sayılır. Polis hadisə ilə bağlı daha sonra açıqlanacağını bildirib. Polis əvvəlki gün hücumlarla əlaqəli olduğuna inandıqları boz rəngli avtomobilin fotoşəkilini və təfərrüatlarını yayımlayaraq, ictimaiyyəti avtomobili tapmağa çağırıb. Nyu-Meksiko əyalətinin ən böyük şəhəri olan Albuqerkədə keçən noyabr ayından bu yana 3-ü, son iki həftədə olmaqla 4 müsəlmanın gülləbaran edilməsi qorxu və təlaşa səbəb olub. 62 yaşlı Məhəmməd Əhməd 2021-ci ilin noyabrında halal bazar biznesinin arxasındakı avtoparkda ölü tapılıb. 41 yaşlı Aftab Hüseyn iyulun 26-da mənzilinin dayanacağında güllələnib. 27 yaşlı tələbə lideri Məhəmməd Əfzaal Hüseyn avqustun 1-də Nyu Meksiko Universitetinə gedərkən güllələnib, 25 yaşlı Nəim Hüseyn isə avqustun 5-i cümə gecəsi atışmaların sonuncu qurbanı elan edilib.

Albuqerquə Polis İdarəsi öldürülən müsəlmanların irq və dinə görə hədəf alındığına inandıqlarını və qatilin eyni şəxs və ya şəxslər olduğuna inandıqlarını bildirib.