ABŞ Dövlət katibinin müavini Rusiyaya səfər edəcək

Giperssilka “İRNA”ya istinadən xəbər verir ki, ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland oktyabrın 11-dən 13-dək Moskvaya səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Məlumata görə, Viktoriya Nuland Moskvaya səfəri çərçivəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, raket və nüvə üzrə baş məsləhətçi, xarici işlər nazirinin müavini Andrey Rodenko və qərargah rəisinin müavini Dmitri Kozak ilə görüşəcək.