ABŞ İraqdan oğurlanmış 3500 illik tarixi əsəri geri qaytardı

ABŞ-ın Bağdaddakı səfirliyi İraq Xarici İşlər Nazirliyində keçirilən mərasimdə minlərlə illik Gilqameş yuxu lövhəsini İraq rəsmilərinə təhvil verib.

Giperssilka.ru “Qafqazinfo”ya istinadən xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn çıxışında ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılan tarixi əsərlərin geri qaytarılması üçün bu il intensiv diplomatik iş apardıqlarını bildirib.

Nazir Hüseyn aldığı tarixi əsəri mətbuat nümayəndələrinə göstərib.

Qədim Mesopotamiyanın ən qədim artefaktı kimi tanınan Gilqameş dastanının bir hissəsini təşkil edən 3500 illik daş 1991-ci ildə İraq Milli Muzeyindən oğurlanıb.

Bildirilir ki, ABŞ antikvar satıcısı 2003-cü ildə Londonda yaşayan iordaniyalı bir ailədən “Gilqamış yuxu lövhəsi” kimi tanınan tarixi əsəri alıb və göndərişin məzmunu barədə məlumat vermədən ABŞ-a göndərib.

ABŞ Ədliyyə Nazirliyi 2019-cu ildə tarixi əsəri muzeydən müsadirə edib.