ABŞ pandemiya dönəmində ən çox silah satan ölkə oldu

Eastnews.org-un verdiyi xəbərə görə, "Stokholm Sülh Araşdırmaları İnstitutu" (red- SIPRI) silah satışı ilə bağlı hesabat yayıb.   Hesabatda bildirilir ki, pandemiya səbəbilə dünya iqtisadiyyatı kiçilməsinə baxmayaraq silah satışı artıb.   Silah satışını ən çox ABŞ-ın həyata keçirdiyi diqqətə çatdırılıb.   Qeyd olunub ki, son 6 ildir dünyada silah satışı hər ötən gün daha da artır.