ABŞ prezidenti: “Rusiyanın Ukraynaya təcavüzü Moskva üçün fəlakət olacaq"

“Rusiyanın Ukraynaya təcavüzü Moskva üçün fəlakət olacaq.

APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden çərşənbə günü Ağ Evdə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.Bayden əlavə edib ki, ABŞ tərəfdaşları və müttəfiqləri "Rusiya iqtisadiyyatına ciddi ziyan vurmağa hazırdırlar: “Rusiya-Ukrayna sərhədindəki vəziyyət fonunda NATO üzvlərinin Rusiya Federasiyasına qarşı cavab tədbirləri məsələsində birləşməyəcəyini iddia etmək üçün heç bir əsas yoxdur”

Bayden bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi olarsa, Rusiya bankları dollarla əməliyyatlar apara bilməyəcək: “Ukraynaya təcavüz olunarsa, Rusiya “sərt iqtisadi nəticələrlə” üzləşəcək. Əgər onlar buna getsələr, işğal etsələr, bunun əvəzini ödəyəcəklər. Onların bankları dollarla əməliyyat apara bilməyəcək”.

ABŞ lideri Putinlə son söhbətinə də toxunub: “Putinin mənə söylədiyi iki məsələ ilə bağlı zəmanət istədi, birincisi, Ukraynanın heç vaxt NATO-nun bir hissəsi olmayacağıdır. İkincisi isə NATO-nun Ukraynada strateji silahlar yerləşdirməməsi. İkinci hissə ilə bağlı nəsə edə bilərik. Birinci hissəyə gəlincə, bizim beynəlxalq səviyyədə və Avropada bir sıra sazişlərimiz var ki, təklif olunur, kiminlə olmaq istədiyinizi seçə bilərsiniz”.