ABŞ Rusiya səfirinin ölkəni tərk etməsini tələb edib

Rusiya ilə NATO arasında həddindən artıq gərginlik fonunda ABŞ Dövlət Departamenti Rusiya səfiri Anatoli Antonovun ölkəni tərk etməsini tələb edib.

"Unikal" xəbər verir ki,  bu barədə RİA Novosti məlumat yayıb.

"Bizim son görüşlərimiz zamanı Dövlət Departamenti açıq şəkildə bildirdi ki, biz ABŞ səfirinin Moskvadakı bir sıra mühafizəçilərinə viza verməsək, Rusiya səfiri ABŞ-ı tərk etməli olacaq", - deyə  məlumatda qeyd olunub.