ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır

ABŞ oktyabrın 20-dən oktyabrın 29 -dək Sakit okeanda naməlum raket sistemi buraxmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə pilotlar və dənizçilər üçün naviqasiya xəbərdarlığında bildirilib.

Məlumata əsasən, raket buraxılışı Alyaskanın cənub sahili yaxınlığında Kadyak adası poliqonundan keçiriləcək.

Koordinatlara görə uçuş məsafəsi təxminən 2 min km olacaq.