“ABŞ-ın Tayvan məsələsinə qarışmağa haqqı yoxdur”

Çin XİN başçısı ABŞ-I çinin suverinliyini pozmaq cəhdlərində ittiham edib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Çinin xarici işlər naziri Van İ Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə görüşündə deyib ki, ABŞ-ın Tayvanla bağlı hərəkətləri Çinin suverenliyini və ərazi bütövlüyünü pozmaq cəhdidir. 

Nazir Tayvan məsələsinin Çinin daxili işi olduğunu bildirərək, ABŞ-ın onun həllinə müdaxilə etmək hüququnun olmadığını qeyd edib. O, həmçinin Tayvanın müstəqillik istəyinin sülh yolu ilə nizamlanma ehtimalını ciddi şəkildə azaltdığını əlavə edib.

“Sülh yolu ilə nizamlanma Tayvanın müstəqilliyi ilə bir araya sığmır”, - deyə XİN rəhbəri vurğulayıb.

Xatırladaq ki, Van İ bundan əvvəlki bəyanatında 1,4 milyarddan çox çinliyə düşmən olmağın sonunun heç də yaxşı bitməyəcəyi ilə bağlı ABŞ-a xəbərdarlıq etmişdi.