Acınız acımızdır!

Müsəlman Birliyi Hərəkatı Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramış helekopterində dünyasını dəyişənlərlə bağlı bəyanat yayıb. Hərəkatın rəsmi səhifəsində yerləşdirilən bəyanatda deyilir:

 

Növbəti şəhid xəbəri və kədərlə anılan bir tarix daha. Qaraheybət səmasında qəzaya uğrayan helekopterdə itirdiyimiz 14 can! Həqiqətən də ağrılı və müharibə itkilərini yaşadığımız bir zamanda ölkə üçün əhəmiyyətli Azərbaycan oğullarının faciəvi ölümü ürək yandırır. Səbəblərinin araşdırılacağına ümid etdiyimiz bu hadisə qurbanlarının paramaparça olan ailələrinin dərdi çox ağırdır. Bu dərdə hər bir Azərbaycan vətəndaşı şərikdir və sizin acınızı öz acımız bilirik. Bu ağrıda hər bir şəhid ailəsinə başsağlığı verir, Allahdan şəhidlərimizə rəhmət, ailələlərinə səbr, xəsarət alanlarımıza şəfa diləyirik.
Müsəlman Birliyi Hərəkatı.
1.12.2021.