Allahın təhqir olunması ilə bağlı şikayət məktubuları dövlət idarələrinə veilir

Artıq 19-günə çatan polis idarələrində işgəncələr fonunda Allahın təhqirinə etiraz olaraq həbsxanalardan başladılan aksiyaya bu gün Azərbaycan vətəndaşları dövlət idarələrinə gəlməklə öz dəstəklərini nümayiş etdiriblər. Belə ki, səhərdən başlayaraq Azərbaycanın müxtəlif şəhər və bölgələrindən sıravi vətəndaşlar Allahın söyülməsinə etiraz olaraq dövlət idarələrinə gəlir və yazılı müraciətlə təhqirə yol verən şəxsin (və ya şəxslərin) cəzalanmasını tələb edirlər.