Almaniyada İslam müqəddəsləri təhqir olunub

Operativ.tv İran mediasına istinadən xəbər verir ki, Almaniyanın Hamburq şəhərində bir qrup şəxs Aşura günü Quranı və İslam müqəddəslərini təhqir edib. Hadisənin Aşuraya qıcıqlı olan şəxslər tərəfindən törədildiyi bildirilsə də, onların bu addımına Almaniya polisinin seyirçi olaması xüsusi narahatlığa səbəb olub. Bu hadisəni İran Xarici İşlər Nazirliyi pisləyərək bunu nifrət, zorakılıq və ekstremizmin bariz nümunəsi hesab etdiyini bildirib. Səfirlik öz narahatlığını Almaniya dövlətinə bildirib. Hadisə İran dövlətində də etirazla qarşılanıb. İran rəsmiləri İrandakı Almaniya səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfirlik Almaniya hökumətinin bu məsələdə məsuliyyət daşıdığını bildirilib və bu hücumun səbəbkarlarına qarşı qəti addımların atılmasını Almaniya dövlətindən tələb edib.