Ankara Universitetində İslamı təhqir edən nümayiş

Operativ.tv Rasthaber-ə istinadən veridiyi xəbərə görə, Türkiyədə son islamafob vəziyyət çox narahat edicidir. 
Çirkin görüntülər Ankara Universitetinin Sosial Elmlər Fakültəsində lentə alınıb...

Kürsüdə əba və çalma geyinmiş tələbə danışmağa başlayan zaman “Mən imamam” deyə qışqırmağa başlayıb.
“Müqəddəs İnək bayramı” adı altında keçirilən bu tədbir üçün zalın sıx olduğu müşahidə edilib.
Müsəlman tələbələr basqın etdilər
Bəzi müsəlman tələbələr bu sarkazma daha dözə bilmədilər. Onlar məktəbdə ənənə halını alan, İslam dəyərlərinin tapdalandığı tədbiri səhnələşdirən şagirdlərə qarşı böyük reaksiya göstərdilər. Mobil telefonun kamerasına əks olunan görüntülərdə bir şagirdin “Aşağı düş” dediyi eşidilib. Görüntülərlə bağlı hər hansı araşdırmaya başlanılıb-başlanılmadığı hələlik məlum deyil.