Ankarada İŞİD üzvləri ələ keçdi

Türkiyənin paytaxtı Ankara şəhərində İŞİD terrorçu qruplaşması üzvlərinə qarşı əməliyyat keçirilib.

 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumatda vurğulanır ki, texniki və fiziki izləməyə alınan 4 şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.

 

Hal hazırda istintaqın davam etdiyi və yeni əməliyyatın da baş tuta biləcəyi qeyd olunub.