Apelyasiya Məhkəməsi ADR Partiyasının Ədliyyə Nazirliyinə qarşı şikayətini mümkünsüz sayıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah (ADR)  Partiyasını qeydiyyat sənədləri Ədliyyə Nazirliyi   təfəfindən  3 dəfə geri qaytardıqdan sonra  ADR Partiyası Bakı  Apelyasiya Məhkəməsinə (BAM) şikayət edib.  Dünən ADR Partiyasının dövlət qeydiyyatından imtina edilməsinə görə Partiyanın Ədliyə Nazirliyinə (ƏN) qarşı qaldırdığı 2-3(103)-27/2022 sayli iş üzrə hakim Mirzə Tağızadənin sədrliyi ilə 3-cü iclas keçirilib. Məhkəmə ADR Partiyasının iddiasına baxılmasının mümkünsüz hesab edilməsinə dair qərar çıxarıb. Hüquq praktikasına  görə,  ADR Partiyası  bu qərardan Ali Məhkəməyə (AM) müraciət etməlidir.  Partiyanın İdarə heyəti artıq bununla bağlı qərar verib.  Partiyanın vəkili Hafiz Həsənov bildirir ki,  böyük ehtimalla AM də BAM-ın qərarını ləğv edib, yenidən işi geriyə BAM-a qaytaracaq. Bir sözlə məhkəmələr  ƏN-ə qarşı iddianı bir-birinə ötürməklə  ADR Partiyasının qeydiyyatı üzərində öz aralarında karusel təşkil edəcəklər. Burda məqsəd odur ki, AM və BAM  ADR Partiyasının iddiasını  bir-birinə ötürməklə Partiyanın Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayətinə imkan verməsinlər və yaxud da bu prosesi maksimum ləngitsinlər. 

Partiyasının sədri Qubad İbadoğlu Turana bildirib ki, ADR Partiyasının qeydiyyata alınmamasına görə şikayət istənilən halda AİHM-ə gedəcək və yekunda ADR Partiyası da qeydiyyata alınacaq.

Lakin, hazırkı hakimiyyətin nədən ADR Partiyasının qeydiyyatından və fəaliyyətindən bu qədər ehtiyatlanması başa düşülən deyil.  Görünür ki,  hələ 1 yaşı olmayan ADR Partiyasının ictimai nüfuzunin artması onları narahat edir,  ona görə də ADR Partiyasını siyasi proseslərdən kənarlaşdırmaq üçün belə  vasitəyə əl atırlar.  O qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində partiyaların dövlət qeydiyyatıın mürəkkəbləşdirilməsi və təsisçilərə, partya rəhbərlərinə qarşı son 20 ildə Azərbaycanda yaşamaq tələbinin qoyulması məhz ADR Partiyasını və məni siyasi fəaliyyətdən kənarlaşdırmağa xidmət edir. Çünki, yeni Qanun qəbul olunandan sonra qeydiyyatı olmayan siyasi partiyaların fəaliyyəti qadağan olunacaq.