AQTA-nın Bərdə bölməsinin rəisi həbs edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional bölməsinin rəisi işləmiş şəxs həbs edilib.

Bu barədə bu gün, fevralın 10-da AQAT-a və Baş Prokurorluğun birgə məlumatında bildirilir:

“10 fevral 2021-ci il tarixdə Rauf Həsənov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) və 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.

Amma, hələlik, ittihama Rauf Həsənov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Həmin maddələrlə ittiham edilən şəxs təqsirli hesab edilərsə 10 ilə kimi həbslə cəzalandırıla bilər.