Avropa Birliyi: "Baydenin gəlişiylə ABŞ-la aramızdakı fikir ayrılığı aradan qalxmayacaq"

Co Baydenin hakimiyyətə gəlişiylə Avropa Birliyi (AB) və ABŞ arasındakı fikir ayrılığı aradan qalxmayacaq.

TASS-ın yanvarın 21-də verdiyi xəbərə görə, bunu Avropa Parlamentinin iclası zamanı Avropa Şurasının başçısı Şarl Mişel deyib. Ancaq o, bildirib ki, yeni münasibətlərin yaranması üçün şanslar da var.

"Bizim aramızda fikir ayrılıqları var və bunlar sehrli çubuqla aradan qalxası deyil", - Şarl Mişel deyib və əlavə edib:

"Mandatının ilk günündə mən ABŞ-ın yeni prezidentinə müraciət edirəm: "Gəlin daha güclü Amerika, daha güclü Arvopa Birliyi və daha yaxşı dünya üçün əlaqələrimizi yenidən quraq".