Avropa Birliyindən Rusiyaya Qara dəniz XƏBƏRDARLIĞI

Avropa Birliyi (AB) Rusiyanın Krımda iki döyüş gəmisinin inşasına başlamasının Qara dənizdəki təhlükəsizliyə mənfi təsir edəcəyini bildirib.

Birliyinin yaydığı rəsmi açıqlamada, Rusiyanın addımlarının Qara dənizdəki təhlükəsizliyi şübhə altına aldığı göstərilib: “Kerçdə iki hərbi gəminin istifadəyə verilməsi mərasimi, Qara dənizdəki yarımadanın hərbiləşdirilməsində regional təhlükəsizliyə ciddi mənfi təsir göstərən daha bir açıq addımdır”.

Rəsmi açıqlamada deyilir: “Rusiya Federasiyasının Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməsi, Krım və Sevastopolun Rusiyaya qanunsuz inteqrasiyası beynəlxalq hüququn pozulması deməkdir. Digər bir narahatlıq, Krım yarımadasında Ukrayna vətəndaşları üçün hərəkət azadlığına qoyulan son məhdudiyyətlərdir”.

Bəyanatın sonunda Ukraynanın ərazi bütövlüyünə toxunulur: "Avropa Birliyi Rusiyanın Krım yarımadasında bütün beynəlxalq qanun pozuntularını dayandırmasını gözləyir. AB Ukraynanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri daxilində müstəqillik, suverenlik və ərazi bütövlüyünə verdiyi dəstəyə sadiqdir”.