Avropa İttifaqı Əfqanıstandakı nümayəndəliyini yenidən açır

Avropa İttifaqı Əfqanıstandakı nümayəndəliyini yenidən açır. Bu addımın bir aya atılacağı bildirilib.

SalamNews xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.

Mənbə bildirib ki, Avropa İttifaqı Taliban hökumətilə aşağı müstəvidə də olsa əlaqələrini saxlamaq istəyir.

Məlumatda deyilir ki, Aİ-nin nümayəndəliyi əsasən humanitar yardımların çatdırılması və Əfqanıstandan təxliyələrin həyata keçirilməsilə məşğul olacaq.

Taliban hökumətinin sözçüsü Zəbihulla Mücahid Avropa İttifaqının bu addımını alqışlayıb.

Qeyd edək ki, Aİ yeddi həftə öncə Kabildəki nümayəndəliyini bağlayıb.