Avropa İttifaqı və İran rəsmilərinin görüşü olacaq

Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano İran Xarici İşlər nazirinin müavini Əli Baqiri Kəninin sabah Brüsseldə Nüvə sazişi üzrə Birgə Komissiyanın koordinatoru Enrike Mora ilə görüşəcəyi xəbərini təsdiqləyib.   İran XİN rəhbərinin müavini Əli Baqiri Kəni dünən Tvittterdəki paylaşımında oktyabrın 27-də Brüsseldə Nüvə sazişinin Birgə Komissiyasının koordinatoru (Enrike Mora) ilə görüşəcəklərini açıqlamışdı.   İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə daha əvvəl bəyan etmişdi ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək danışıqlar nüvə danışıqlarının başlanğıcı deyil.