Avropa Məhkəməsində Nardaran işi ilə bağlı araşdırma

Operativ.tv xəbər verir ki, Avropa Məhkəməsi Nardaran hadisəsi ilə bağlı Azərbaycan hakimiyyətinə suallar ünvanlayıb. 2023-cü ilin əvvəlinə qədər Məhkəmə ünvanlanan suallara cavab istəyib. Bu barədə məlumatı vəkil Fariz Namazlı öz sosial səifəsində paylaşım edib. Paylaşımda deyilir: 

Avropa Məhkəməsi mətbuatda Nardaran 2 (Elçin Qasımov və daha 9 nəfər) və Nardaran 4 (E. İsgəndərov və Ə. Bünyadov) adlandırılan işlər üzrə verdiyim şikayətlər üzrə kommunikasiya başlayıb. Məhkəmə Avropa Konvensiyasının 6.1 (əsaslandırılmış məhkəmə qərarı, tərəflərin bərabərliyi prinsipi), 6.2 (təqsirsizlik prezumpsiyası). 6.3(d) (əleyhinə olan şahidlərin dindirilməsi), 9 (vicdan azadlığı), 18-ci (konvensiyada nəzərdə tutulan məhdudiyyətlərdən kənarda gizli məqsədlər) (6-cı maddə ilə birlikdə götürülməklə) maddələri və E. İsgəndərova münasibətdə əlavə olaraq Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsinin (bir əmələ görə təkrar məhkum edilməmə) pozuntusunun olub olmaması ilə bağlı Hökümətə suallar ünvanlayıb. Məhkəmə 2023-cü ilin yanvar ayına qədər suallara cavab istəyir.