Avstraliya Suriyada və İraqda həbsdə olan İŞİD-çi vətəndaşlarını ölkəyə geri qaytarır

Avstraliya hökuməti Suriyanın şərqində əl-Houl düşərgəsində həbsdə olan vətəndaşlarını geri qaytarır.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Ərəci tvitter səhifəsində yazıb.

O bildirib ki, Avstraliya öz vətəndaşlarını Əl-Houl düşərgəsindən qəbul etməyə və öz ölkəsinə ekstradisiya etməyə qərar verib.

“Avstraliyanın Əl-Houl düşərgəsindən bir sıra vətəndaşlarını qəbul etməsi barədə açıqlamasını yüksək qiymətləndiririk”, deyə İraq rəsmisi digər ölkələri də eyni addım atmağa və İŞİD üzvü olmuş vətəndaşlarına sahib çıxmağa çağırıb.

Qeyd edək ki, separatçı kürd bölmələrinin çoxluq təşkil etdiyi “Suriya Demokratik Qüvvələri"nin və ABŞ-ın nəzarəti altında olan Əl-Houl düşərgəsi Suriyanın şərqində, İraq sərhədindən on kilometrdən az məsafədə yerləşir. Düşərgədə İŞİD üzvü olmuş on minlərlə yeri və xarici vətəndaş və onların ailələri xüsusi nəzarət altında saxlanılırlar.