Ayətullah Müdərrisi: Həzrət Peyğəmbər (s) İslam ümmətinin vəhdət mənbəyidir

Ayətullah Müdərrisi: “Rəsuli-Əkrəmin (s) mövludu münasibəti ilə, bütün ixtilafları, xüsusilə də seçkilərdən sonra qarşıdurmalara səbəb olan məsələlərdə fikir ayrılıqlarını bir kənara qoyun!”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Kərbəlanın Ali Təqlid mərcələrindən olan Həzrət Ayətullah Seyid Məhəmməd Təqi Müdərrisi İraq siyasətçilərini Rəsuli-Əkrəmin (s) mövludu münasibəti ilə, bütün ixtilafları, xüsusilə də seçkilərdən sonra qarşıdurmalara səbəb olan məsələlərdə fikir ayrılıqlarını bir kənara qoymağa çağırıb.

Həzrəti İslam Peyğəmbərinin (s) mövludunun ümid vəd etdiyini bildirərək dedi: “İraqda parlament seçkilərindən sonra yaranan ixtilaflar Allaha və İslamın əziz Peyğəmbərinə və onun Əhli-beytinə istinad etməklə həll edilməlidir. Həmçinin Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) və Əhli-beyt (əleyhimus səlam) yolunu davam etdirən İlahi alimlərin göstərişlərindən istifadə etmək ixtilafları aradan qaldırır, çünki bu ixtilafların davam etməsi pis nəticələrə səbəb olur.”