Ayətullah Nəcəfi İmam Əli (ə) ziyarətgahının müdirini qəbul edib

Az.shafaqna.com xəbər verir ki, böyük mərcə təlid müctehidlərindən olan Ayətullah Əl Üzma Bəşir Nəcəfi İmam Əlinin (ə) ziyarətgah kompeksinin müdiri İsa Əl Xursan və onun nümayəndə heyətini qəbul edib.

Mərcənin evində baş tutan görüşdə, ziyarətgahla bağlı məsələlər müzakirə olunub.

Ayətullah Əl Üzma Bəşir Nəcəfi İsa Əl Xursana bildirib ki, Əhlibeyt ziyarətgahlarının xadimi olmaq böyük şərəf və Allahın böyük inayətidir.