Ayətullah Rəisi Moskva came məscidində inanclılarla görüşüb

İran İslam Respublikasının prezidenti Ayətullah Seyid İbrahim Rəisi Moskvaya səfər çərçivəsində Rusiya müftilər şurasının sədri Ravil Eynəddinin dəvətilə dünən Moskva came məscidinin inanclıları ilə görüşüb. 

Burada çıxış edən Ayətullah Rəisi məscidləri Allahın yer üzündəki evləri adlandırıb. Bildirib ki, məscidlər fərdi və ictimai istifadəyə malikdirlər və məscidlərdə insanın formalaşmasından, həmçinin Allah ilə əlaqədən əlavə, müsəlmanların ictimai əlaqələri də formalaşır.

Rəisi deyib: Fələstin xalqına qarşı yetmiş il zülm və cinayət, Əfqanıstan xalqına qarşı 20 ildən çox qırğın, mənəviyyat və əxlaqa malik olmayan siyasətin nəticəsidir. Təkfirçilərin Suriya, İraq, Əfqanıstan və Yəməndəki cinayətləri İslam bayrağı ilə həyata keçirilir, halbuki bu iş Amerikanın və sionistlərin planları və dəstəkləri ilə reallaşır.

İran prezidenti həmçinin öz rus həmkarı Vladimir Putinlə olan görüşünə işarə edib: Biz bir çox məsələlərdə ortaq nəzərlərə malik idik və hər iki ölkə ikitərəfli həmkarlıqlar səviyyəsinin yüksəldilməsini istəyir.