Ayətullah Sistani BMT nümayəndəsi ilə görüşmədi

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində yaşayan İslam dünyasının tanınmış din xadimi Ayətullah Seyid Əli Sistani BMT-nin bu ölkə üzrə nümayəndəsi olan Jeanine Hennis Plasschaert ilə görüşdən imtina edib.   Bu barədə Jeanine Hennis Plasschaert açıqlama verib.   "Mən dünənki Nəcər səfərimdə Ayətullah Sistani ilə də görüşmək istədim. Lakin mənim görüş müraciətimə mənfi cavab verildi", - Jeanine Hennis Plasschaert diqqətə çatdırıb.   Qeyd edək ki, Jeanine Hennis Plasschaert dünən İraqın "Sədr" hərəkatının sədri Seyid Müqtəda Sədr ilə görüşmüşdü.