“Azad edilən torpaqlar iqtisadiyyata milyardlarla dollar gətirəcək”

“Azərbaycanın işğal olunmuş ərazilərində 155 adda filiz, 6 qızıl, 5 civə, 2 sink-mis, çoxlu polimetal ehtiyatları var”. 

Bunu İqtisadi İslahatların Təhlili Mərkəzinin sədri Vüsal Qasımlı keçirdiyi mətbuat konfransında deyib. 

O qeyd edib ki, təkcə qızıl ehtiyatları ilkin hesablamalara görə, 132,4 tondur: 

 

“Qızılın indiki  bazar qiymətlərilyə dəyəri 8 milyard dollardır. Bundan başqa, həmin ərazilərdə 240 min hektar kənd təsərrüfatına yararlı torpaq var. Buna görə də Azərbaycan müdafiə xərclərinə nə qədər vəsait ayırsa da, işğaldan azad edilən torpaqlar Azərbaycan iqtisadiyyatına milyardlarla dollar dəyər qatacaq”.