Azərbaycan gimnastları açıq çempionatda 4 medal qazanıblar

Azərbaycan gimnastları Birmingem şəhərindəki açıq Böyük Britaniya çempionatında 4 medal qazanıb.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, Maqsud Mahsudov və Selcan Mahsudova batut növündə qızıl, Hüseyn Abbasov bürünc medala layiq görülüb.

Tamblinqdə isə Tofiq Əliyev bürünc medala sahib çıxıb.