Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı artır

Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor boğazından keçid haqqını 2 dəfə artıracaq.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu qərar Azərbaycan gəmilərinə də aiddir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı "Report"a təsdiq edib: "Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollarlı keçid haqqı ödəyərdiksə, gələn aydan bu rəqəm 5 000 ABŞ dolları olacaq".