Azərbaycan güləşçisinin Olimpiya medalı oğurlanıb

Ukraynada Azərbaycanın sərbəst güləşçisi Mariya Stadnikin Olimpiya Oyunlarının medalı oğurlanıb.

Trend-in məlumatına görə, bu barədə öz "Instagram" səhifəsində M.Stadnik yazıb.

"2008-ci il Pekin Olimpiadasının bürünc medalını məndən oğurlayıblar. Ümid edirəm ki, medalımı oğurlayanlar onu qürurla göstərirlər və onlar üçün nə qədər çətin eldə olunduğunu deyirlər. Mən isə Tanrıya minnətdaram ki, mənə daha çox Olimpiya mükafatı qazanmaq üçün güc verib".