Azərbaycan Gürcüstandan dərman idxalını kəskin azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 50,9 ton dərman  idxal edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Hesabata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 86,7 ton və yaxud 2,6 dəfə azdır. 

Qonşu ölkənin Azərbaycana ixrac etdiyi dərman preparatlarının ümumi dəyəri 1,73 milyon ABŞ dollarına bərabər olub.