Azərbaycan əhalisinin əczaçılıq məhsullarına xərcləri bu ilin maksimumuna çatıb - QRAFİK

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 682 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 36,1% artıb.

Cari ilin təkcə sentyabr ayında sözügedən göstərici 101,5 mln. manat təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 35,2% çoxdur. Sentyabr ayında əhalinin əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərcləri bu ilin ən yüksək aylıq göstəricisi kimi qeydə alınıb. Sonuncu dəfə bir ay ərzində bundan çox vəsait dekabrda xərclənmişdi (104,2 mln. manat)

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.