Azərbaycan yığması Slovakiyanı məğlub edib

Azərbaycan millisi Millətlər Liqasının 2022/23 mövsümündə növbəti oyununu keçirib.

Operativ.tv Unikal-a istinadən məlumatına görə, komandamız Slovakiya yığmasının qonağı olub.Canni de Byazinin baş məşqçisi olduğu millimiz Trnava şəhərindəki Anton Malatinski stadionunda keçirilən oyunda rəqibini 2:1 hesabı ilə məğlub edib.