Azərbaycana “Milli Molla” lazımdır yoxsa müstəqil?

Bir çox xristian ölkələrində kilsə dövlət qanunlarından xaric, müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir. Bu hökümətin leyhinə va ya əleyhinə qərar vermək məsələsi deyil. Dövlətin içində müstəqil qərar qəbul etmək səlahiyyəti olan xristian kilsəsi:"Din siyasətdən ayrıdır" demək deyil, "Din dövlətin siyasətindən azaddır və müstəqil siyasətə malikdir" deməkdir. Nəysə keçək mətləbə.

Axır vaxtlar bəzi "Demokratiyadan" danışanlar dirəniblər ki, bəs Azərbaycana “Milli Molla”, “Milli Müctəhid” lazımdır. Əzizim, mollanın və ya müctəhidin millisi, milsizi olmur. Bu futbol klubu deyil ki, gedib xarici ölkələrdə dövləti təmsil etsin. Əgər biz molladan, müctəhiddən danışırıqsa, yəni bir müsəlmandan danışırıq. Müsəlman öz milli və dini dəyərlərini zatən üstün tutur. Azərbaycanın milli dəyərlərini müsəlmandan üstün tutan başqa bir ideoloji yolun yolçusu ola bilməz. Müsəlmanlar öz milli kimliklərini cəbhədə sübut ediblər. Qərəzli olmaq lazım deyil.

Bir misal çəkim. Avropanın "Sekulyarizm" prinsiplərini dəyər hesab edən bir kəsin "Milli " dediyi molla necə olmalıdır? Özləri bilərlər, hər kəsin düşüncəsi, Azərbaycana xidməti dəyərləndirilməlidir. Lakin heç olmasa dini məsələlərə qarışmamalıdırlar. Siyasi meydanda uğursuzluqla üzləşən, eynicinsliliyin Azərbaycanda olmasını müsbət qarşılayan kimsə nəinki dindən, milli dəyərlərdən, heç ağzını açıb danışmamalıdır. Bizim milli dəyərlərimizə görə belələri ölkədə yaşamamalıdır....Əgər "Milli" dedikləri dəyərləri tanıyırlarsa.