Azərbaycanda ilk dəfə sterilizasiya qurğusu istismara verilib

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, Milli Nüvə Tədqiqatları Mərkəzi ilk dəfə olaraq ölkədə sterilizasiya qurğusunu istismara verib.

 

Bu gün qurğunun istismara verilməsi ilə bağlı rəsmi açılış mərasimi keçirilib.

 

Sterilizasiya qurğusu mikroorqanizmləri məhv etmək üçün qamma şüalanma metodunu tətbiq etməyə imkan verir ki, bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının (taxıl, ət məhsulları, quru meyvələr, kartof və s.), həmçinin tibbi preparatların saxlama müddətini artırır.

 

Azərbaycan tərəfi layihəni Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki əməkdaşlıq proqramı çərçivəsində birgə həyata keçirib.(APA)