Bağdadda Yaşıl Bölgəyə gedən bütün yollar və körpülər bağlandı

İraqın paytaxtı Bağdadda parlamentin iclasından əvvəl bir çox əsas yol və körpülər nəqliyyatın hərəkətinə bağlanıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Bağdadda Sədr Hərəkatına bağlı insanlar parlamentin gözlənilən iclasından əvvəl küçələrə axışmağa başlayıb.

Bunun üzərinə təhlükəsizlik qüvvələri Yaşıl Bölgəyə gedən bütün yolları və körpüləri hərəkətə bağlayıb.

Qeyd edək ki, məclis 2 aydan sonra yenidən toplanacaq və Məclis sədri Məhəmməd Halbusinin istefasını qiymətləndirəcək və Məclis sədrinin birinci müavinini seçəcək.