Bakı Taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcək

Gələn il Bakıda Taekvondo üzrə dünya çempionatı keçiriləcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bunu Dünya Taekvondo Federasiyasının prezidenti Çungvon Çu deyib.

O qeyd edib ki, Lozannada Dünya Taekvondo üzrə hakim şuranın keçirdiyi növbədənkənar iclasda Azərbaycan paytaxtının çempionata ev sahibliyi etməsi barədə qərar qəbul edilib.

“Biz Bakını 2023-cü il Dünya Taekvondo Çempionatına ev sahibliyi edəcəyi münasibətilə təbrik edirik və əminik ki, onlar bütün təcrübələri ilə 50 illik yubileyimizi qeyd etmək üçün möhtəşəm tədbir təşkil edəcəklər”, - deyə Federasiya prezidenti bildirib.

Xatırladaq ki, Bakı son illər bir sıra böyük idman tədbirlərinə, o cümlədən 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edib.