Bakıda əməliyyat keçirildi, vəzifəli şəxslər saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.

Operativ.tv Trend-ə istinadən məlumatına görə, dövlət qurumlarının birində baş tutan əməliyyatda vəzifəli şəxslər saxlanılıb.

Qeydi-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib.

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.