Bakıda "Nərimanov" metrostansiyasının yaxınlığında ticarət obyektləri yanır

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığındakı ticarət obyektlərində başlayan yanğın genişlənib.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ticarət mərkəzinin yaxınlığındakı mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb.

Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub.

Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.