"Barselona" "Xoan Qamper" kubokunu qazanıb

"Barselona" hər il "Kamp Nou"da keçirilən mövsümöncəsi turnir olan "Xoan Qamper" kubokunu qazanıb.

Operativ.tv SalamNews- a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin bu dəfəki rəqibi Meksika "Pumas"ı olub. Görüş "Barselona"nın 6:0 hesablı qələbəsiylə başa çatıb.

"Barselona" - "Pumas" 6:0
Qollar: Robert Levandovski, 3, Pedri, 5, 19, Usman Dembele, 10, Pyer Emerik Obameyanq, 49, Frenki De Yonq, 84