Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonu Çinarlı İcra nümayəndəliyində əməliyyat keçirib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, əməliyyat zamanı qəsəbə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiq ediblər. Qeyd olunub ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.