Belarusda üç qadın Lukaşenkoya qarşı seçki ittifaqı yaradıb

Belarusda üç qadın namizəd gələn il keçiriləcək prezident seçkilərində 25 ildir hakimiyyətdə olan Aleksander Lukashenkoya qarşı müttəfiq olmaq qərarına gəlib.

Seçkiyə qatılmalarına qadağa qoyulan ərlərinin yerinə siyasət səhnəsinə çıxan qadınların şüarı “Bərabərik və qazana bilərik”dir.

Onlar bu şüarla özləri haqqında “yazıqlar” və “Belarus konstitusiyası bir qadın üçün yaradılmayıb” deyən Lukaşenkoya rəqibdirlər.

May ayında hökumət əleyhinə aksiyada iştirakına görə həbs edilən ərinin əvəzinə Svetlana Tikhanovskaya seçkilərdə iştirak etmək qərarı alan ilk qadındı.

Qısa müddətdə məşhurlaşan Tikhanovskaya keçən həftə digər iki qadın namizəd – Maria Kolesnikova və Veronika Çepkalonun dəstəyini aldı.

Təhlükəsizliyə görə uşaqlarını ölkə xaricinə göndərən Tikxanovskaya seçki nitqində bunları deyib:

"Əvvəl qorxurdum, hökumətin varlığını davam etdirməkçün nələr edəcəyini bilirəm. Amma daha qorxmuram” .
 

Seçkilərdən əvvəl Lukaşenkonun əsas rəqibləri yüzlərlə müxalifətçi ilə birlikdə həbs olunub. Qərb mediasının tez-tez “Avropanın son diktatoru” adlandırdığı Lukaşenko illərdir insan haqlarının pozulmasında və seçkilərdəki qanun pozuntularında ittiham olunur.

Lukaşenko seçki bəyannaməsində 1975-ci ildən evli olduğunu göstərsə də, həyat yoldaşı  ilə heç vaxt birlikdə görünməyib.