Bəhreynlilər Ayətullah İsa Qasimə dəstək nümayiş etdirirlər

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, yüzlərlə Bəhreyn vətəndaşı Ayətullah İsa Qasımla həmrəylik nümayişi keçirmək və mülki şəxslərin öldürülməsini pisləmək üçün Əl-Fəda əl-Deraz meydanına toplaşıb.
Bəhreynlilər Əl-Deraz qətliamının ildönümündə Manama yaxınlığındakı Əl-Fəda əl-Deraz meydanında böyük izdihamla Bəhreyn İslami Hərəkatının lideri Ayətullah İsa Qasımla həmrəy olduqlarını bildiriblər.
Nümayişçilər inqilabi şüarlar səsləndirməklə Ayətullah İsa Qasimin və Bəhreyn şəhidlərinin yolunu gedəcəklərini, bütün siyasi və vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edərək korrupsioner hakim rejimə qarşı mübarizələrini davam etdirəcəklərini bəyan ediblər.
Nümayişçilər həmçinin öz müqəddəratını təyinetmə hüququ uğrunda xalq hərəkatının davam etdirilməsinin və bütün Bəhreyn xalqı üçün yeni, demokratik və ədalət yönümlü siyasi sistemin qurulmasının zəruriliyinə toxunublar.
Xatırladaq ki, 23 may 2017-ci ildə Ali-Xəlifə rejiminə bağlı dəstələr və Bəhreyn Daxili İşlər Nazirliyinə bağlı qüvvələr Ayətullah İsa Qasimin evinin yaxınlığındakı Əl-Fəda əl-Deraz meydanında nümayişçilərə hücum etmiş, 5 mülki vətəndaşı öldürmüş, onlarla insanı yaralamış və bir çox adamı həbs etmişdi.