Bloger Rəşad Ramazanova narkotuklərlə bağlı ittiham verilib

Rəşad Ağaəddin kimi tanınan blogger Rəşad Ramazanov külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu barədə məlumatı Operativ.tv Turana istinadən onun həyat yoldaşı Könül Ramazanova məlumat verib.

O, ittiham  və ərinin həbsi barədə dövlət hesabına təyin olunmuş vəkildən xəbər tutub.

K.Ramazanova, ittihamı uydurma hesab edir.

Hüquq müdafiəçisi Rüfət Səfərov da ittihamın doğruluğuna  şübhə ilə yanaşıb.

O, Facebook səhifəsində Ramazanovun artıq bir dəfə - 2013-2019-cu illərdə siyasi məhbus  həyatınl yaşadığını xatırladıb.

Hüquq müdafiəçisi əmindir ki, Ramazanov sosial şəbəkələrdə hakimiyyəti kəskin tənqid etdiyinə görə təqib olunur.

“Dəqiqləşdirməyə çalışıram, amma böyük ehtimal ki, əvvəl olduğu kimi, bu dəfə də cibinə narkotik maddəni yerləşdirib, sonra “aşkara çıxarıblar”, - Səfərov yazıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Bloqqerin ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi   5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib və daha sonra külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Yerli hüquq müdafiə təşkilatları onun həbsinin əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyətin tənqidi olduğunu hesab edərək, Ramazanovu siyasi məhbus kimi tanıyıblar.

2019-cu ilin martında o, prezidentin əfv fərmanı ilə vaxtından əvvəl azad edilib.