BMT Əbu Aqilənin qətlini təsdiqləyib

Operativ.tv xəbər verir ki, BMT-nin Cenevrə ofisində həftəlik mətbuat konfransında çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani İsrail rəsmilərinin Əbu Aqilənin "silahlı fələstinlilər tərəfindən təsadüfi atəş nəticəsində öldüyü" iddialarını dəyərləndirib.
Komissarlığın hadisə ilə bağlı müstəqil araşdırmasını tamamladığına dair məlumatı paylaşan Şamdasani deyib: “İndiyə qədər araşdırdığımız bütün qeydlər, o cümlədən İsrail ordusu və Fələstin Prokurorluğundan alınan rəsmi məlumatlar Əbu Aqilənin öldürüldüyü, yaralı yoldaşı Əli Sumidinin isə yaralandığı güllələrin İsrail təhlükəsizlik qüvvələri tərəfindən istifadə edildiyi təsdiqlənib."
İsrail rəhbərliyinin iddiaları ilə bağlı Şamdasani bildirib ki, silahlı fələstinlilərin hadisə yerində hər hansı bir fəaliyyət göstərdiyinə dair heç bir məlumat tapa bilmədik." 
Əbu Aqilənin Cenindəki qaçqın düşərgəsinə basqını izləyərkən hədəf alındığını xatırladan Şamdasani, "Əldə etdiyimiz dəlillər onu göstərir ki, İsrail təhlükəsizlik qüvvələri atəş açmadan əvvəl jurnalistlərə heç bir xəbərdarlıq etməmişdir” – deyə vurğulayıb.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin hadisə ilə bağlı cinayət təhqiqatının aparılmasını tələb etməyə davam etdiyini vurğulayan Şamdasani qətli törədənlərin məsuliyyət daşıması lazım olduğunu vurğulayıb.