BMT üzvü olan KTMT dövlətləri Ermənistanı dəstəkləyə bilməzlər

Son zamanlar cəbhə xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərinin (Naftalan, Şəmkir, Gəncə, Tərtər, Mingəçevir, Abşeron, Ağcabədi, Bərdə və s.) Ermənistan ərazisindən bombalanması halları planetin hər bir sakinini narahat etməyə bilməz.

İnformasiya kanallarının məlumat verdiyi kimi, Ermənistanın məqsədi onun ərazisində yerləşən atəş nöqtələrinə cavab atəşinə səbəb olmaqla döyüş əməliyyatları zonasını genişləndirmək və bununla da KTMT-yə üzv ölkələri onun tərəfində münaqişəyə müdaxiləyə dəvət etməkdir.

Bununla bağlı iki sual yaranır:

1. Azərbaycan öz ərazisindəki obyektlərə  raket atəşləri həyata keçirən Ermənistan ərazisində istənilən atəş nöqtəsini məhv etmək hüququna malikdirmi?

2. Azərbaycanın bu cür cavab zərbəsi olarsa KTMT Ermənistan tərəfindən bu münaqişəyə müdaxilə edə bilərmi?

 

İrəli gedərək deyə bilərəm ki, Azərbaycanın hüquqi cəhətdən belə hüququ var, KTMT isə bu halda Ermənistan tərəfindən müdaxilə etmək hüququna malik deyil.

Bunu hazırda qüvvədə olan beynəlxalq sənədlərlə izah edəcəyəm.

BMT Nizamaməsinin VII fəsli sülhə təhlükə, sülhün pozulması və aqressiya aktlarına qarşı Fəaliyyət adlanır. 

BMT Təhlükəsizlik Şurasının 39-cu maddəsi sülhə istənilən təhlükəni, istənilən sülh pozulması, aqressiya aktlarını müəyyən edir.   

VII hissədə Təhlükəsizlik Şurasının sülhə təhlükə, sülhün pozulması və aqressiya aktlarının törədilməsi ilə bağlı Nizamnamənin VII fəslinin əsasında qəbul etdiyi tədbirlər nəzərdən keçirilir.

2008-ci il ərzində Şura qəbul etdiyi qətnamələrin demək olar ki, yarısında VII fəslə istinad edib: 2008-ci ildə  65 qətnamədən 35-i (53,8 faiz) və 2009-cu ildə 47 qətnamədən  22 (46,8 faiz) VII fəslin əsasında qəbul edilmişdi.

39-cu maddəyə uyğun olaraq sülhə təhlükənin mövcudluğunun müəyyən edilməsilə bağlı Şura Qərbi Afrikada, xüsusilə Saxeli ərazisində  terrorçu fəaliyyət səbəbindən  təhlükəsizliyə artan və ya yaranan qorxu ilə bağlı narahatlığını bildirib.     

“Şura Böyük göllər ərazisilə bağlı müəyyən edib ki, Konqo Demokratik Respublikasının şərq hissəsində Ruanda silahlı qruplarının qalması əvvəlkitək Böyük göllər ərazisində sülhə və təhlükəsizliyə ciddi təhdid yaradıb. O həmçinin Tanrının Müqavimət Ordusu tərəfindən Konqo Demokratik Respublikasında və Sudanın cənub hissəsində törədilən və regional təhlükəsizliyə daim qorxu yaradan hücumları qəti şəkildə pisləyib. 13 mart 2008-ci il tarixli 1804 (2008) saylı qətnamə.

Analogiya tətbiq edərək – erməni silahlı qvvələrinin Azərbaycan ərazisində olması əvvəlkitək bütün regionda “sülhə və təhlükəsizliyə ciddi təhdid” yaradır. Eyni zamanda hərbi münaqişə zonasında olmayan dinc sakinlərə, şəhərlərə hücumlar terror sayılır.   

Şura yenidən bildirir ki, “terrorizm özünün bütün forma və təzahürlərilə beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdid yaradır və istənilən terrorizm aktı cinayətdir və motivindən, harada, nə zaman və kim tərəfindən törədilməsindən asılı olmayaraq bəraət qazanmır  (beşinci abzas) (S/PRST/2008/41 30 oktyabr, 2008-ci il).

 

Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının zəruriliyi ilə bağlı 1887-ci (2009) qətnaməsində qeyd edib: “Əvvəlki dövrdə olduğu kimi, Şura bir daha bəyan edib ki,  terrorizm özünün bütün forma və təzahürlərilə “beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir” və bu, tez-tez bütün dünyada terror aktlarına qarşı reaksiya kontekstində təsdiqlənir. Şura silahlı münaqişə şəraitində mülki vətəndaşların müdafiəsilə bağlı bir daha bildirib ki, silahlı münaqişə vəziyyətində mülki vətəndaşlara məqsədyönlü hücumlar, beynəlxalq humanitar hüququn və insan hüquqları sahəsində beynəlxalq hüququn  sistematik, kobud və genişmiqyaslı pozulması beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yarada bilər.

Beləliklə, erməni silahlı qüvvələri Azərbaycanın dinc şəhərlərinə raketlərlə hücum etməklə terror aktları törədərək sülh və təhlükəsizliyə təhdid yaradırlar.

Azərbaycan cavab verməlidirmi? Bəli. Ona bu hüququ BMT Nizamnaməsinin 51-ci maddəsi verir.

Maddə 51:

 “Bu Nizamnamə təşkilat üzvünə silahlı hücum baş verərsə, heç bir halda fərdi və ya kollektiv özünümüdafiə ayrılmaz hüququna toxunmur. Təşkilat üzvlərinin bu özünümüdafiə hüququnu həyata keçirərkən atdıqları addımlar  barədə Təhlükəsizlik Şurasına dərhal məlumat verilməlidir...”

 

Azərbaycan ayrılmaz özünümüdafiə hüququna malikdir. Özünümüdafiə hücum edənə adekvat ziyan vurmaq deməkdir. Ermənistan ərazisində raket-buraxılış komplekslərinin məhv edilməsini nəzərdə tuturam. 

Hazırda istənilən ərazidən raket buraxılması peyklər tərəfindən bir saniyəyədək dəqiqliklə qeydə alınır. Ona görə də bu barədə sübut toplamaq heç bir çətinlik yaratmır.

Belə olduğu halda (Ermənistan ərazisində buraxılış komplekslərinin məhv edilməsi)  KTMT ölkələri Ermənistanın tərəfində münaqişəyə müdaxilə edə bilərmi? XEYR!

KTMT Müqaviləsinin 1-ci maddəsi:

“İştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiqindən və ya güc tətbiqi hədələrindən çəkinmək barədə  öhdəliyi təsdiq edirlər”.

Müqavilənin 4-cü maddəsi:

Əgər iştirakçı dövlətlərdən biri aqressiyaya (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyə təhlükə yaradan silahlı münaqişəyə) məruz qalarsa, iştirakçı dövlətlər tərəfindən bu, hazırkı müqavilənin bütün iştirakçı dövlətlərinə təcavüz (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyə təhlükə yaradan silahlı münaqişə) kimi qiymətləndiriləcək.

İştirakçı dövlətlərin hər hansı birinə qarşı təcavüz (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyə təhlükə yaradan silahlı münaqişə) törədildikdə bu iştirakçı dövlətin xahişilə digər iştirakçı dövlətlər dərhal ona zəruri yardım, o cümlədən hərbi yardım göstərəcək, həmçinin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq kollektiv müdafiə hüququnun həyata keçirilməsində onların sərəncamında olan vasitələrlə dəstək göstərəcək”.

Beləliklə, KTMT BMT Nizamnaməsinin 51-ci maddəsində kollektiv müdafiə hüququna istinad edir. 

İndiki halda Azərbaycan Ermənistanın suverenliyinə hücum etmir, təcavüzə (Azərbaycanın yaşayış məntəqələrinin bombalanması) cavab verir. Buna görə də KTMT heç bir halda müdaxilə edə bilməz və müdaxilə etmək hüququ yoxdur. Və müdaxilə  etməyəcək də..Axı onlar təcavüzdən qorumaq barədə öhdəlik götürüblər, təcavüzkarı qorumaq barədə yox.

Az öncə (06.10.2020 18:45) Real TV məlumat verdi ki, Ermənistan baş nazirinin müşaviri Vaqarşak Arutyunyan deyib ki, Azərbaycan ərazilərinə bomba zərbələri endirəcəklər.