Böyük alimin cənazəsi Kərbəla, daha sonra Nəcəfə gətirildi

Az.shafaqna.com xəbər verir ki, şiə dünyasının tanınmış üləması, Ayətullah Seyid Razı Şirazinin cənazəsi əvvəl Kərbəlaya, daha sonra Nəcəf Əşrəfə gətirilib.

Kərbəlada onun cənazəsi İmam Hüseyn və Həzrət Əbəlfəzlin türbəsində ziyarət edilib.

Nəcəf Əşrəfdə isə ruhanilərin iştirakı ilə ona cənazə namazı qılınıb, sonra İmam Əlinin (ə) pak ziyarətgahında ziyarət etdirilib.

Böyük alimin cənazə namazının Ayətullah Əl Üzma Məhəmməd İshaq Fəyyaz qıldırıb.