Britaniya Baş naziri: Mən qatı sionistəm, İsrail tərəfdarıyam

Böyük Britaniyanın yeni baş naziri Liz Trass bildirib ki, “qatı sionistdir” və İsraili hərtərəfli dəstəkləyir.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, o, bu barədə Birminqemdə “İsrailin konservativ dostları” adlı parlament qrupu tərəfindən təşkil edilmiş tədbirdə danışıb.

Trass adıçəkilən tədbirdə britaniyalı baş nazir qismində iştirak etməkdən məmnunluğunu ifadə edib.

Mən qatı sionistəm, mən İsrailin böyük tərəfdarıyam. Əminəm ki, biz İsrail və Böyük Britaniya arasındakı münasibətləri möhkəmlədə biləcəyik“, – deyə o qeyd edib.

Xatırladaq ki, 22 sentyabrda İsrail baş naziri Yair Lapid demişdi ki, Britaniya hökumətinin başçısı İsraildəki səfirliyinin Tel-Əvivdə Qüdsə köçürülməsi məsələsini gözdən keçirir.