“Əbu Aqilə Vaşinqtonun maliyyə dəstəyi ilə öldürüldü”

Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumatına görə, ABŞ Nümayəndələr Palatasının üzvü Alexandria Occasio Kurtz Instagram videosunda irqçi İsrail ordusunun Vaşinqtonun maliyyə yardımı ilə Əl-Cəzirə telekanalının jurnalisti Şirin Əbu Aqiləni öldürdüyünü bildirib.
İRNA-nın məlumatına görə, Alexandria Occasio Kurtz, "Ödədiyimiz vergilər irqçi İsrailin hərəkətlərinə kömək edir. ABŞ-da sığortanı belə ödəyə bilmirik, lakin bu aksiyalarda iştirak edirik" deyib.
Keçən il irqçi İsrailin Qəzza zolağında bir media binasını bombalamasına toxunan ABŞ nümayəndəsi, "Keçən il bütöv bir media binası bombalandı. ABŞ-ın razılığı olmadan bu hərəkətlər qətiyyən mümkün deyil" deyə bildirib.
Xatırladaq ki, Qətərin Əl-Cəzirə müxbiri Əbu Aqilə ötən çərşənbə günü sionistlərin işğal altındakı İordan çayının qərb sahilində qaçqın düşərgəsinə hücumundan sonra İsrail qüvvələri tərəfindən güllələnib.
Bu arada sionist rejim Cenin şəhərində işğalçı qüvvələr tərəfindən güllələnərək öldürülən Əl-Cəzirə telekanalının müxbiri Sirin Əbu Aqilənin qətli ilə bağlı istintaqı ləğv edib və jurnalistin ölümü ilə bağlı araşdırma açmaq niyyətində olmadığını bildirib.